Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi qaydaları dəyişib


Prezident İlham Əliyev “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”na dəyişikliklə bağlı Fərman imzalayıb.


Fərmana əsasən, ünvan reyestrində saxlanılan məlumatlara dəyişiklik edilməsinə əsas olan aşağıdakı hallar baş verdiyi və ya bu barədə müraciət edildiyi tarixdən 3 (üç) iş günü müddətində dəyişiklik ediləcək:

- daşınmaz əmlak obyektinin yerləşdiyi ərazi vahidinin və nəqliyyat infrastrukturu obyektinin qanunvericiliklə müəyyən edilmiş qaydada adı dəyişdirildikdə, habelə müvafiq nəqliyyat infrastrukturu obyektinə yeni ad verildikdə və ya onun adı dəyişdirildikdə (bu halda ünvan nömrələri dəyişilmir);

- texniki səhvlər aradan qaldırıldıqda;

- ünvanın statusu dəyişdikdə;

- məhkəmənin qərarı olduqda;

- nəqliyyat infrastrukturu obyekti yenidən qurulduqda;

- daşınmaz əmlak obyekti məhv olduqda.

Qeyd edək ki, indiyə qədər 3 gün müddəti qanunda nəzərdə tutulmurdu.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu