Paşinyan: Ermənistan KTMT missiyasını qəbul etməyə hazırdır


“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasını qəbul etməyə hazırdır”.


“Report” “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə jurnalistlərə açıqlamasında deyib.

“Buna təkcə Rusiya deyil, Ermənistan da hazırdır. Biz narahatlıqlarımızla, istəklərimizlə bağlı məsələləri müəyyən etmişik. Missiyanın effektiv olmasını istəyirik. Bu, həm Ermənistan, həm KTMT, həm də region üçün vacibdir. Biz bu istiqamətdə müzakirələri davam etdiririk”, - o bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu