Paşinyan: "Ermənistan “3+3” formatında görüşlər keçirməyə hazırdır"


Ermənistan “3+3” formatında regional əməkdaşlıq platformasının iclaslarında iştirak etməyə hazırdır.


“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İctimai telekanala müsahibəsində deyib.

“Əlbəttə, biz hazırıq. Vaxtilə “3+3” formatında növbəti görüşün Tehranda keçirilməsi ilə bağlı razılıq əldə olunmuşdu”, - o vurğulayıb.

Qeyd edək ki, "3+3" formatına Azərbaycan, Ermənistan, İran, Rusiya, Gürcüstan və Türkiyə daxildir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu