Beynəlxalq axtarışda olan 3 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib


Beynəlxalq axtarışa verilmiş 3 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib.


Baş Prokurorluğun Mətbuat xidmətindan AFN.az-a verilən məlumata görə, qurumun vəsatəti əsasında Rusiyanın Baş Prokurorluğu tərəfindən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşları Şirin Məmmədov, Teymur Quliyevin və Yalçın İbadov ölkəmizə ekstradisiyası haqqında qərar qəbul olunub..

Belə ki, istintaqı aparılan cinayət işləri üzrə Şirin Məmmədovun Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4-cü və 32.4, 312.1-ci maddələri (qabaqcdan əlbir olan bir qrup şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq və rüşvət verməyə təhrik etmə), Teymur Quliyevin həmin Məcəllənin 178.3.2-ci maddəsi (külli miqdarda ziyan vurmaqla dələduzluq), Yalçın İbadovun isə həmin Məcəllənin 182.1-ci maddəsində (hədə qorxu ilə tələb etmə) nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barələrində beynəlxalq axtarış elan edilib.

Hər 3 şəxs Rusiya Federasiyası ərazisində saxlanılaraq aprelin 20-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu