Levits Latviya tarixində ən aşağı etimad reytinqinə malik prezidentdir
Latviya sakinlərinin əksəriyyəti ölkənin hazırkı prezidenti Egils Levitsi mənfi qiymətləndirir.
AFN.az-ın xəbərinə görə, bu barədə yerli mediada məlumat verilib. SKDS sorğusunun nəticələrinə görə, respondentlərin yalnız 27%-i Latviya lideri haqqında müsbət fikirdədir, 64%-i isə əks fikirdədir.
Soruğu nəticələrindən belə qənətə gəlinir ki, Levits Latviya tarixində prezident kimi ən aşağı reytinqə malikdir. Buna baxmayaraq, siyasətçi mayın sonunda keçiriləcək seçkilərdə yenidən namizədliyini irəli sürməyə hazır olduğunu bəyan edib.
Eyni zamanda, Levitsin reytinqi 2020-ci ilin noyabrından əsasən mənfi olub. Sorğunun nəticələrinə görə, “Yeni Birlik” partiyasının tərəfdarları Latviya prezidentinə hamıdan yaxşı münasibət bəsləyirlər - 68% onun fəaliyyətini bəyənir, Birgə Siyahıda isə daha pisdir - 75% onun dövlət başçısı kimi fəaliyyətini mənfi qiymətləndirir.