Ərdoğan: Sultan Əhməd məscidini belə bir gündə ibadətə açdığımız üçün şadıq


"Sultan Əhməd məscidini belə bir gündə ibadətə açdığımız üçün şadıq”.


Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sultan Əhməd məscidinin təmir-bərpa işlərindən sonra istifadəyə verilməsi ilə bağlı tədbirdə çıxışında bildirib.

Dövlət başçısı məscidin açılışını cümə günü, xüsusilə Ramazan bayramında etməkdən şad olduğunu deyib: “Bərpa işlərini mənalı bir gündə, Ramazan bayramı münasibətilə tamamladığımız üçün xoşbəxtik. Hazırda çox fərqli bir yerdəyik və Ramazan bayramınızı bu məkandan təbrik edirəm. Üç il əvvəl Ayasofyanı da cümə günü ibadət üçün açmışdıq. Allaha şükürlər olsun ki, Ayasofya o gündən bəri həmişə dolu olur. Bu gün bərpa işləri başa çatdığı üçün Göy məscidimizdə cümə namazımızı qıldıq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu