Rusiyalı deputat Ukraynada öldürüldü
Rusiyalı deputat Dmitri İvanov Ukraynada döyüş bölgəsində öldürülüb.
Deputat Rusiyanın Xakasiya bölgəsindəki Ali Sovetinin Kommunist Partiyasının deputatı olub.
Bildirilib ki, o, "Vaqner" muzdlularının tərkibində döyüşlərdə iştirak edib.
Qeyd edək ki, 47 yaşlı Dmitri 2018-ci ildə Kommunist Partiyasından Xakasiya Ali Sovetinə deputat seçilib.