Bakıda “Lada Priora” yük avtomobilinə çırpılıb, ölən və yaralananlar var


Bakının Nəsimi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.


APA xəbər verir ki, hadisə Ceyhun Səlimov və Abdulvahab Salamzadə küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Fərid Xaliq oğlu Heydərli “Lada Priora” markalı avtomobillə kəsişmədən keçərkən içərisi torpaqla dolu “KamAZ” markalı yük maşınına çırpılıb.

Qəza nəticəsində “Lada Priora” deformasiyaya uğrayıb.

İçərisində olan sürücü və sərnişinlər - 2002-ci il təvəllüdlü Atakişiyev Hümmət Baba oğlu, 2001-ci il təvəllüdlü Emin İlham oğlu Sadıqov müxtəlif bədən xəsarətləri alaraq Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.
2002-ci il təvəllüdlü Pərvin Pərviz oğlu Cəfərov isə hadisə yerində dünyasını dəyişib. Əraziyə Nəsimi Rayon Polis İdarəsinin və Yol Polisi Şöbəsinin əməkdaşları cəlb ediliblər.

Xəstəxanadan verilən məlumata görə, yaralıların hər üçünün vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu