Gecə qadın sürücü BMW ilə mopedi vurub: Ölən var


Bu gün saat 04 radələrində Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.


“Qafqazinfo” xəbər verir ki, 1985-ci il təvəllüdlü Babayeva Yeganə Elçin qızı idarə etdiyi BMW markalı avtomobil ilə Nəsimi rayonu, Ceyhun Hacıbəyli ilə Təbriz küçələrinin kəsişməsində mopedi vurub.

Nəticədə mopedi sürən 28 yaşlı Səmədov Kamran Əlsəfa oğlu hadisə yerində ölüb.

Faktla bağlı Nəsimi RPİ-də cinayət işi başlanıb, araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu