Ərdoğanın infarkt keçirməsilə bağlı məlumatlar yalandır - RƏSMİ


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın infarkt keçirməsi ilə bağlı iddialar yalandır.


AFN.az xəbər verir ki, Türkiyə rəsmiləri infarkt keçirməsi ilə bağlı məlumatı təkzib ediblər. "Sosial şəbəkələrdə prezident Ərdoğanın infarktdan sağ çıxması və xəstəxanaya yerləşdirildiyi barədə yayılan xəbərlər doğru deyil", - deyə Türkiyə Prezident Administrasiyasından açıqlama verilib.

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Çağrı Erhan Lente.ru-ya verdiyi şərhdə Ərdoğanın açıq havada aktiv təbliğat tədbirləri nəticəsində mədə qripinə yoluxduğunu bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 25-də canlı yayımda yerli telekanallara müsahibə verərkən özünü pis hiss edib. Mayın 14-də ölkədə keçiriləcək seçkilər ərəfəsində həkimlər ona ictimaiyyət qarşısında çıxışını qadağan ediblər.

Ertəsi gün, aprelin 26-da sosial şəbəkələrdə Ərdoğanın infarkt keçirdiyi və ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu