BBC-nin sədri Conson qalmaqalına görə istefa verib


BBC-nin sədri Riçard Şarp keçmiş baş nazirlə korrupsiya qalmaqalı səbəbindən istefa verib


AFN.az "Sky News"a istinadən xəbər verir ki, BBC-nin Britaniya Yayım Korporasiyasının Rəhbərlər Şurasının sədri Riçard Şarpın vəzifəsini tərk etməsinə səbəb keçmiş baş nazir Boris Consonla bağlı korrupsiya qalmaqalında adının hallanmasıdır.

Xatırladaq ki, Conson tərəfindən 2020-ci ildə iş üçün tövsiyə edilən Sharpe keçmiş baş nazirin 800.000 funt sterlinq kredit zəmanətini təmin etməyə kömək etməkdə ittiham edilir. O vaxt baş nazir olan Conson boşandıqdan sonra keçmiş həyat yoldaşına ödənişlər, uşaq baxımı üçün müavinətlər və Dauninq-stritdəki mənzilin təmiri üçün hesablarla bağlı böyük maliyyə çətinliyi ilə üzləşərkən Şarp ona yardım edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu