Sülhməramlılarının komandanı yenidən Bakıya gəlir - Separatçılar çıxılmaz vəziyyətdə
Rusiya sülhməramlı qüvvələrinin yeni təyin olunmuş komandanı general-polkovnik Aleksandr Lentsov yenidən Bakıya gəlir.
“Ölkə.Az” “hraparak”a istinadən xəbər verir ki, bu barədə rus generalı mayın 1-də Xankəndidəki separatçıbaşı Arayik Arutyunyan və özünü “dövlət naziri” adlandıran Qurgen Nersisyanla görüşündə bildirib.
Bu, yeni komandanın Xankəndidəki separatçılarla ikinci görüşüdür. Görüşlər Xankəndidəki separatçıların ofisində deyil, sülhməramlı qoşunların qərargahında baş tutub. Yeni komandanla görüşə separatçılar cəhd edib. Görüşdə general Lentsov danışıqların son ümid olduğunu söyləyib.
Rus komandan onlar üçün də arzuolunmaz vəziyyətin yarandığını, lakin bütün suallara yalnız Bakıdan qayıdandan sonra cavab verə biləcəyini deyib.
P.S. Azərbaycanın Laçın sərhəddində quraşdırdığı nəzarət-buraxılış məntəqəsi ilə bağlı məsələnin müzakirə edilməsi mənasızdır və separatçılar bununla barışmalıdır. Odur ki, Xankəndidəkilərin ya Azərbaycanın vətəndaşlığını qəbul edəcəklər, ya da Qarabağı tərk etməli olacaqlar.