Qarabağdakı Rusiya sülhməramlılarının komandanı yenə dəyişir


General-mayor Kirill Kulakov Qarabağdakı Rusiya sülhməramlı kontingentinin yeni komandanı təyin olunacaq.



Bu barədə Ermənistanın “Hraparak“ qəzeti teleqram kanallarına istinadən məlumat yayıb.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistan mətbuatı hərbi kontingentin rəhbərliyində dəyişiklik edilməsi ilə bağlı xəbər yayıb və qeyd edib ki, indiki komandan general-polkovnik Aleksandr Lentsov artıq Qarabağı tərk edib.

Xatırladaq ki, Lentsov bu ilin aprelin 25-də Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı təyin olunmuşdu.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu