Lerikdə maşın dərəyə aşdı: Ölən və yaralananlar var
![](/uploads/posts/2023-05/1683184746_lerikqeza.jpg)
Lerik rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Lənkəran-Lerik yolunun 37-ci kilometrliyində qeydə alınıb.
Hərəkətdə olan VAZ-21074 markalı avtomobil idarəetməni itirərək dərəyə aşıb.
Hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.