Kreml "Vaqner"in Baxmutdan çıxmasına dair qərarını şərh etməkdən imtina edib
Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov “Vaqner” muzdlu hərbi təşkilatının mayın 10-da Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərindən çıxacağına dair qərarını şərh etməkdən imtina edib.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, o, bununla bağlı sualı cavabsız qoyub.
“Mən bunu şərh edə bilmərəm”, - D.Peskov söyləyib.
O, “Vaqner”in Baxmutdan çıxacağından xəbərdar olduğunu bildirib.
Qeyd edək ki, “Vaqner”in rəhbəri Yevgeni Priqojin qoşunların mayın 10-da Baxmutdan çıxacağını açıqlayıb.
Xatırladaq ki, 7 aydan çoxdur ki, Baxmutda gərgin döyüşlər gedir.