Priqojin: "Vaqner" iyulun 1-dək mövcudluğunu dayandırmalı idi


Rusiya administrasiyasına qarşı üsyana başlayan "Vaqner" silahklı birləşməsinin qurucusu Yevgeni Priqojin bildirib ki, "Vaqner" iyulun 1-dək mövcudluğunu dayandırmalı idi.


Üsyan cəhdindən sonra ilk dəfə danışan Priqojin başladığı hərəkatın yürüş olduğunu deyib. O, hadisələrin Rusiyanın mühüm təhlükəsizlik zəifliklərini ortaya qoyduğuna diqqət çəkib. Priqojin vurduqları rus təyyarələri və helikopterləri ilə bağlı təəssüfləndiyini deyib. O, bildirib ki, rus əsgərləri tərəfindən daha çox qan tökülməmək üçün öz bazalarına qayıdırlar.

"Vaqner" rəhbəri dəstə üzvlərinin Rusiya helikopterləri və raketləri ilə vurulduğu iddiasını təsdiq edib. Hökuməti dəyişmək fikrində olmadıqlarını bildirən Priqojin "Vaqner"in məhv edilməsinin qarşısını almaq üçün üsyana başlamağı təklif etdiyini deyib. "Vaqner"in varlığı iyulun 1-də bitməli idi".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu