Zelenski Qələbə gününü Avropa Günü ilə əvəzlədi - FƏRMAN


Ukrayna prezidenti Volodimir Zelenski 9 Mayın ölkədə Avropa Günü kimi qeyd edilməsi haqqında fərman imzalayıb.


AFN.az xəbər verir ki, fərman mayın 8-də Ukrayna liderinin saytında dərc edilib.

“Ukrayna xalqının avropalı kimliyini dərk edərək... Mən Ukraynada hər il mayın 9-da Avropa İttifaqı ölkələri ilə birlikdə qeyd olunan Avropa Gününün təsis edilməsinə qərar verirəm”, - deyə sərəncamda bildirilir.

Zelenski Telegram kanalında yayımladığı videomüraciətində 2023-cü il mayın 9-dan Ukraynada Avropa Gününün qeyd olunacağı ilə bağlı xəbərdarlıq edib.

Qeyd olunur ki, bu qərar Avropa xalqlarının birliyini möhkəmləndirmək məqsədilə qəbul edilib.

Bundan əlavə, Zelenski mayın 8-ni İkinci Dünya Müharibəsində Anım və Nasizm üzərində Qələbə Gününün qeyd olunmasını təklif edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu