Yay mövsümündə artan diş həssaslığı ilə necə mübarizə aparmaq olar?
Soyuq qida və içkilərin istehlakının artdığı yay mövsümündə zirvəyə çatan diş həssaslığı həyat keyfiyyətinə kifayət qədər mənfi təsir göstərir.
Bəs bu problemin qarşısını almaq olarmı? Mütəxəssislərin qızıl təkliflərini təqdim edirik.
Diş həssaslığı diş ağrısı ilə qarışdırıla bilər
Diş həssaslığının ortaya çıxmasında bir çox fərqli faktorun təsirli olduğunu ifadə edən mütəxəssislər bildirirlər ki, çürüklər, diş ətinin çəkilməsi, diş və ya kök qırıqları və çatları, yanlış diş fırçalama vərdişləri, qidalanma səhvləri kimi faktorlar ağrının diş həssaslığı olaraq qəbul edilməsinə səbəb ola bilər. Diş həssaslığından xilas olmaq üçün bir çox üsullar var ki, bunun da əsas səbəbi diş minasının aşınması və ya diş köklərinin ifşa olmasıdır.
Nə etmək olar?
* Soyuq içkilərin yaratdığı narahatlığı azaltmağa kömək edən həssas dişlər üçün xüsusi pastalardan istifadə edə bilərsiniz.
* İsti və ya soyuq içkilərin dişlərinizlə təmasını azaltmaq üçün çöpdən kömək ala bilərsiniz.
* Diş minanızı gücləndirmək üçün diş həkiminiz tərəfindən floridli lak tətbiq oluna bilər.
* Müayinədən sonra kariyesə bağlı diş həssaslığını aradan qaldırmaq üçün sizə ən uyğun müalicə variantı müəyyən edilir.
* Müalicə prosesi kompozit plomb, inley-onley bərpa və ya kronlarla tamamlanır.
Kanal müalicəsi diş həssaslığından xilas olmaq üçün təsirli üsullardan biridir. Diş həssaslığı üçün əsas infeksiya varsa, diş həkiminiz yoluxmuş toxumanı dişin pulpasından çıxarmağı tövsiyə edərək bu problemi həll edə bilər.
* Diş əti çəkilməsinə bağlı kök həssaslığının müalicəsində səthi tibbi məhsul və ya plomblarla örtmək olar.
* Bundan əlavə, kök səthini bağlamaq üçün diş əti əməliyyatı edilə bilər. Bu prosedurlar nəticəsində xarici stimullarla əlaqəsi kəsilən kök səthində diş həssaslığı aradan qaldırılır.
Diş əti həssaslığının da qarşısını ala bilərsiniz. Bunun üçün aşağıdakılara əməl etmək lazımdır:
* Dişlərinizi fırçalayarkən yumşaq tüklü fırça və aşındırıcı olmayan pasta seçin.
* 6 aydan bir diş həkiminə getməyi unutmayın.
* Dişlərinizi təmizləyərkən diş ipindən istifadə edin.
* Ağız qarqaranıza və floridli diş pastasına üstünlük verin.
* Rasionunuzda turşulu qidaları və içkiləri məhdudlaşdırın.
Şəkərsiz saqqız çeynəyərək və ya süd məhsulları istehlak edərək tüpürcək istehsalınızı artırın. Tüpürcək diş minasını qorumağa kömək edən əsas amillərdəndir.
Sağlam olun!