Dişlərə zərər verən səhvlər: bunları etməyin!
Səhər yeməyindən sonra dişlərinizi fırçalamaq vərdişi minanı məhv edir.
AFN.az xəbər verir ki, bu barədə britaniyalı diş həkimi Samir Patel “Daily Mail”ə diş baxımında təhlükəli səhvləri sadalayarkən deyib. Həkim dişlərin səhər yeməyindən sonra fırçalanması qaydasını səhv adlandırıb. Bildirib ki, gecə ərzində ağızda çoxlu bakteriya toplanır, bunun üçün qəhvə, şirə və yemək qalıqların çoxalma meydanına çevrilir. Onların yaratdığı turşu dişin mina qatını korroziyaya uğradır və məhv edir. Bu anda dişlərinizi fırçalasanız, vəziyyət daha da pisləşəcək, çünki fırça yumşaldılmış minanı sıyıra bilər və turşu dişin üzərinə düşərək onu məhv edir. Dişlərin minasını və sağlamlığını qorumaq üçün oyandıqdan dərhal sonra dişləri fırçalamaqda fayda var.Daha bir səhv yatmazdan əvvəl dişləri fırçalamamaqdır. Mütəxəssisin sözlərinə görə, axşam qulluğu diş sağlamlığı üçün son dərəcə vacibdir. Axşam gün ərzində yığılan qida qalıqlarını təmizləməsəniz, gecə onlar bərkiyəcək və onları çıxarmaq asan olmayacaq.
Bundan əlavə, Samir Patel gündəlik diş ipi istifadə etməyə və qayçı, kəlbətin əvəzinə dişlərdən faydalanmamağı məsləhət görür.