Ekspert yataq dəstlərini yuyarkən edilən səhvləri açıqladı


Ekoloji təmizlik üzrə mütəxəssis Ketlin Bell çarpayıların yuyulmasında ən çox edilən beş səhvin adını çəkib.


AFN.az-ın xəbərinə görə, mütəxəssis yataq dəstlərinin hər həftə kirdən və yığılmış tər hissəciklərindən təmizlənməli olduğunu qeyd edib. Eyni zamanda bildirib ki, enerjiyə qənaət etmək və məhsulların istismar müddətini uzatmaq üçün paltaryuyan maşında 30 dərəcə temperatur təyin etmək daha məqsədə uyğundur. "Əksər yuyucu vasitələr aşağı temperaturda əla və bəzən daha yaxşı işləyir" deyə Ketlin Bell bildirib.

O, bundan əlavə paltar və dəsmallarla birlikdə yataq dəstlərini maşının tamburuna yükləməməyi məsləhət görüb. Bu halda proses effektiv olmayacaq, çünki hər bir məhsul öz temperatur rejimini tələb edir. Məsələn, kətan əşyalar ən yaxşı 30 dərəcədə, ipək və şifon isə 20 dərəcə istilikdə yuyulur.

Bell çoxlu yuyucu vasitə əlavə etməməyi də məsləhət görüb: “Böyük miqdarda toz və ya gel uzun müddətdə paltaryuyan maşınınıza və paltarlarınıza zərər verə bilər. Konsentratlaşdırılmış kapsullara daha yaxından nəzər salmaq daha yaxşıdır" deyə o, vurğulayıb.

Yekun olaraq, ekspert yataq dəstlərini çöldə qurutmağı və həmişə məhsulun etiketlərindəki yuyulma təlimatlarına əməl etməyi tövsiyə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu