Gecə yuxusu üçün otağınızın ideal temperaturu belə olmalıdır


Yuxunun keyfiyyətinə təsir edən ən mühüm amillərdən biri otaqdakı havanın temperaturudur.


Mükəmməl bir gecə istirahəti üçün yataq otağında temperatur normal olmalıdır. Bəs ideal dərəcə neçədir?

Əvvəla, onu qeyd edək ki, temperatur dəyişiklikləri yuxunuzun keyfiyyətinə pis təsir edə bilər. Yuxunuzun tamamilə pozulması üçün dərəcələrin artması kifayət edə bilər.

Kopenhagen Universitetinin Danimarkalı alimlərinin 2015-2017-ci illər arasında apardıqları və "One Earth və Franceinfo" jurnalında dərc olunan araşdırma göstərib ki, çöldəki temperatur 25 dərəcəyə çatan kimi zəif yatmaq ehtimalı 3,5 dəfə artır. Yataq otağında temperatur 19 dərəcədən çox olmamalıdır. Fransa Milli Yuxu və Oyanıqlıq İnstitutunun məlumatına görə, yuxuya getdiyiniz yataq otağının temperaturu 16° ilə 18°C ​​arasında dəyişməlidir. Bu temperatur nəfəs almağı asanlaşdıraraq yuxuya kömək edəcək.

Əgər yatdığınız zaman yataq otağınızın çox soyuq olmasına üstünlük verirsinizsə, vərdişlərinizi dəyişməli olacaqsınız. Çünki çox aşağı və ya çox yüksək temperatur bədəninizi narahat edəcək. Bunun maraqlı izahı odur ki, bədənimiz temperaturumuzu tənzimləmək üçün enerjidən istifadə etməyə çalışır, bu isə faktiki olaraq yuxu mərhələsini gecikdirir. Odur ki, yataq otağınızın temperaturunu hər zaman qaydasında saxlamağa çalışın.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu