Krımda naməlum pilotsuz təyyarə dəmiryolu relslərinin üzərinə düşdü


Krımda naməlum pilotsuz təyyarə dəmiryolu relslərinin üzərinə düşüb.


Hadisə nəticəsində kontakt naqilləri qırılıb.

Qeyd edək ki, pilotsuz təyyarə mayın 19-na keçən gecə Krımın Cankoy rayonunda Duz Gölü stansiyası yaxınlığında qəzaya uğrayıb. Dəmiryolu relsləri zədələnməsə də, qatarların hərəkətini dayandırmaq lazım gəlib.
Qəza yerində çoxlu dağıntı var. Hazırda ərazidə partlayıcılar üzrə mütəxəssislər işləyirlər.

Mənbə: “Baza” “Telegram”



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu