Kanada Xokkey üzrə Dünya Çempionu oldu


Kanada yığması Almaniyanı 5-2 hesabı ilə məğlub edərək 28-ci dəfə Xokkey üzrə Dünya Çempionu olub.

Finlandiyanın Tampere şəhərində, “Nokia Arena” stadionunda keçirilən həlledici görüşdə komanda Almaniya ilə qarşılaşıb. Görüş 5:2 hesabı ilə başa çatıb. Qaliblərin heyətində hücumçu Semmi Bleu, həmçinin Louson Kruz, Tayler Toffoli və Skott Lovton dubl edib. Almanların qollarını hücumçular Con-Jason Peterka və Daniel Fişbuxun vurub.

Kanada tarixində 28-ci dəfə bu turnirin qalibi olub. Titulların sayına görə komanda SSRİ və Rusiya yığmalarının ümumi nailiyyətlərini üstələyib. Kanadalılar ardıcıl dördüncü dəfə turnirin finalına yüksəlməklə dünya çempionatının rekorduna da imza atıblar.

Dünya çempionatı 2023-cü il mayın 12-dən 28-dək Tampere və Riqada keçirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu