Mikayıl Cabbarov BP ilə yeni əməkdaşlıq perspektivərini müzakirə edib
BP şirkəti ilə Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə reallaşan beynəlxalq əhəmiyyətli enerji layihələri və “yaşıl” enerji növlərinə keçidlə bağlı həyata keçirilən tədbirlər müzakirə olunub.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə keçirilən görüşdə aparılıb.
Görüşdə həmçinin Azərbaycanın bərpaolunan enerji potensialı, bu sahədə görülən işlər və yeni əməkdaşlıq perspektivəri müzakirə edilib.
M. Cabbarov BP ilə səmərəli əməkdaşlığın önəmini vurğulayıb.
Q. Birrel təmsil etdiyi şirkətin dünya və regiondakı biznes proseslərində iştirakı, həmçinin, Azərbaycanla tərəfdaşlığın genişləndirilməsi istiqam