Roma Papasının nümayəndəsi Kiyevdən sonra Rusiyaya səfər edəcək


Bu gün Ukraynaya səfər edən kardinal Matteo Zuppi Ukraynadan Vatikana qayıtdıqdan və gündəliyi formalaşdırdıqdan sonra Rusiyaya səfər edəcək.


AFN.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Agentlik Matteo Zuppinin rəsmi şəxslərlə görüşlərinin ola biləcəyini yazıb.

"Kardinal Zuppi Rusiyaya səfər edəcək... O, məsləhətləşmələr üçün Vatikana, Papaya qayıtmalı olacaq. Bundan sonra Rusiya tərəfi üçün mövqe və təklifi təhlil edib formalaşdıraraq Moskvaya gedəcək", - Ümumdünya Köhnə Möminlər Birliyinin (AKC) sədri Leonid Sevastyanov "RİA Novosti"-yə bildirib. O, qeyd edib ki, Zuppinin ehtimal olunan həmsöhbəti xarici işlər naziri Sergey Lavrov olacaq və Rusiya prezidenti Vladimir Putinlə görüş də istisna edilmir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu