“Rusiyaya səfərim dönüş nöqtəsi ola bilər” - Rəisi


“Rusiyaya səfərim Tehran və Moskva arasında siyasi və iqtisadi-ticarət münasibətlərində dönüş nöqtəsi ola bilər”.


Bunu İran Prezidenti İbrahim Rəisi Rusiyaya səfərindən əvvəl keçirdiyi mətbuat konfransında deyib.

Rəisi qeyd edib ki, Moskvaya səfər İranın beynəlxalq diplomatiya səviyyəsini yüksəldə bilər.

O, həmçinin vurğulayıb ki, Rusiya və İran ortaq maraqlara sahibdir, iki ölkənin regionda qarşılıqlı fəaliyyəti təhlükəsizliyi təmin edəcək.

Xatırladaq ki, İbrahim Rəisi bu gün Rusiyaya rəsmi səfər edəcək. İran Prezidenti səfər zamanı rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu