Ukrayna BMT TŞ-nin iclasının çağırılması təşəbbüsü ilə çıxış edəcək
Rusiya Silahlı Qüvvələrinin Kaxovka su elektrik stansiyasının (SES) bəndini partlatması nəticəsində 150 tondan çox mühərrik yağı Dnepr çayına axıb.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDŞ) iclasının yekunlarına dair Prezident Ofisinin məlumatında deyilir.
Bildirilir ki, hazırda 300 tondan artıq neftin sızma riski mövcuddur.
İclasda həmçinin tədbirlər kompleksi razılaşdırılıb. Bu tədbirlərə BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasının çağırılması təşəbbüsünün irəli sürülməsi, eləcə də təbiətin mühafizəsi üzrə beynəlxalq təşkilatlara və Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edilməsi daxildir.
Bundan əlavə, görüş iştirakçıları Zaporojye AES-dəki mövcud vəziyyətlə bağlı məlumatlandırılıb.