İpək Yolu turizm marşrutu üzərində yerləşən ölkələrin mətbəxi ilə bağlı tədbirlər keçirilir
İpək Yolu turizm marşrutu üzərində yerləşən ölkələrin mətbəxinin tanıdılması ilə bağlı bir sıra addımlar atılır.
AFN.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu istiqamətdə tək kulinariya ilə bağlı yox, digər bir çox sahələrlə bağlı da layihələrin icrası nəzərdə tutulur: "Bu layihələrdən bəziləri artıq başlayıb, bəziləri üzrə hazırlıq gedir. Bu, böyük bir turizm marşrutudur, bizim üçün əlverişlidir. İpək Yolu turizm marşrutu üzərində mədəni-irsi sahədə də işlər görülür. UNESCO-nun İpək Yolu proqramına üzv ölkələrlə bir yerdə Parisdə bir sərgi keçirildi, bizim agentlik də orda fəal iştirak etdi. Kulinariya ilə bağlı artıq "İpək Yolu" adlı bir marşrutumuz hazırdır. Şamaxıda belə bir tədbirin keçirilməsini planlayırıq. Həmin tədbirdə bütün türk dövlətlərinin iştirakını nəzərdə tuturuq. Bundan başqa da müxtəlif sahələrdə Dövlət Turizm Agentliyinin fəaliyyət planı hazırlanıb".
FƏXRİYYƏ