İtaliya Çinin "Bir kəmər, bir yol" təşəbbüsündən çıxdı


İtaliya Çinin Romadakı səfirliyinə göndərdiyi rəsmi məktubda müasir İpək Yolu kimi tanınan Çinin “Bir kəmər, bir yol” təşəbbüsündən çıxdığını bildirib.


İtaliyanın “Corriere della Sera” qəzetinin xəbərinə görə, notada İtaliyanın Çinə bu təşəbbüsdə iştirakını uzatmayacağını çatdırdığı bildirilib.

Baş nazirin müavini və xarici işlər naziri Antonio Tajani açıqlamasında deyib: "İpək Yolu bizim prioritetimiz deyil, biz gördük ki, o, istənilən effektləri yaratmadı. Bunda iştirak etməyənlər daha yaxşı nəticələr əldə etdilər".

Qeyd edək ki, İtaliya "Bir kəmər və yol təşəbbüsü"ndə iştirak edən yeganə G7 ölkəsi idi.

İtaliya, Cüzeppe Kontenin başçılıq etdiyi hökumət dövründə 2019-cu ilin mart ayında Romada Çin Prezidenti Si Cinpin ilə imzalanmış anlaşma memorandumu ilə “Bir kəmər, bir yol təşəbbüsü”nə daxil olmuşdu.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu