İran Çinin “Bir kəmər və yol” təşəbbüsündə daha böyük rol oynamağa hazırdır


İran Çinin “Bir kəmər və yol” təşəbbüsündə daha böyük rol oynamağa hazırdır.


Bunu İranın Çindəki səfiri Möhsün Bəxtiyar yerli mediaya müsahibəsində deyib.

Möhsün Bəxtiyarın sözlərinə görə, İran qədim İpək Yolu üzərində mühüm nəqliyyat qovşağı olmaqla “Bir Kəmər və Yol” təşəbbüsünü onun inkişafı üçün bir fürsət hesab edir. O, bildirib ki, bu təşəbbüs çoxlu sayda inkişaf etməkdə olan ölkələrə ümumi inkişafa nail olmağa, iqtisadi artımı təşviq etməyə və yoxsulluğu azaltmağa kömək edəcək.

Bəxtiyarın sözlərinə görə, İran üçüncü Beynəlxalq Əməkdaşlıq Forumunu səbirsizliklə gözləyir və “Bir kəmər, bir yol”un birgə tikintisində daha böyük rol oynamağa və İran və Çin dostluğunu əməli əməkdaşlığa çevirməyə hazırdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu