Ukrayna, Yaxın Şərq böhranı və AI İtaliyanın G7 sədrliyinin diqqət mərkəzində olacaq


Ukraynadakı müharibə, Yaxın Şərqdəki böhran və süni intellekt İtaliyanın 2024-cü ildə G7-yə sədrliyinin diqqət mərkəzində olacaq.


ANSA xəbər verir ki, bunu İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani deyib.

"Qərb Ukrayna ilə böyük həmrəylik nümayiş etdirməkdə davam edir və yanvarın 1-dən İtaliyanın rəhbərlik edəcəyi G7-də Yaxın Şərq və süni intellektlə yanaşı, Ukrayna məsələsinə də diqqət yetiriləcək", - Tajani deyib.

Onun sözlərinə görə, Ukraynaya onun ərazi bütövlüyünün qorunmasında yardım prioritet olaraq qalır. “İtaliya ukraynalılara hərtərəfli yardım edərək öz töhfəsini verməyə davam edir. Biz həm Ukraynada, həm də Yaxın Şərqdə sülh istəyirik. Lakin danışıqlar üçün sabit əsası həqiqətən təmin edə biləcək məqsədlərə nail olmaq lazımdır”, - Tajani bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu