İran rəsmisi: Düşmənin ən kiçik səhvinə dəfələrlə güclü cavab verəcəyik



İran İnqilab Keşikçiləri Ordusunun sözçüsü Hüseyn Mühəbbı ABŞ və İsraili nəzərdə tutaraq, düşmənin ən kiçik səhvinə dəfələrlə güclü cavab verəcəklərini bildirib.

AFN.az xəbər verir ki, o, yarı-rəsmi Fars xəbər agentliyinə açıqlamasında hücumlara eyni ölçüdə cavab veriləcəyini deyib.

Mühəbbı mövcud şəraitdə ABŞ və İsrailin İrana qarşı effektiv əməliyyat keçirə bilməyəcəyini, həmin ölkələrin də bunu yaxşı bildiyini söyləyib.

O, İran xalqı qarşısında düşmənin məğlub olduğunu, səhvlərin təkrarlanacağı təqdirdə yenidən məğlub olacaqlarını bildirib. Mühəbbı düşmənin ən kiçik səhvinə dəfələrlə güclü cavab verəcəklərini vurğulayıb.

Mühəbbı həmçinin ABŞ və İsrailin İrana dair açıqlamalarının böyük ölçüdə daxili ictimai rəyə təsir göstərmək məqsədi daşıdığını deyib. Onun sözlərinə görə, bu ölkələrin liderləri partiyalarını seçkilərdə məğlubiyyətdən qorumaq üçün belə bəyanatlardan istifadə edirlər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu