İtaliya öz vətəndaşlarını İsraildən təxliyə etməyə başlayır
İsraildəki vətəndaşlarını təxliyə etməyə başlayan İtaliya bu səhər təxminən 200 nəfərlik ilk qrupu Romaya gətirə bilib.
İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani səhər saatlarında “X” platformasındakı açıqlamasında bildirib ki, 200-ə yaxın İtaliya vətəndaşı iki hərbi təyyarə ilə gəlib.
Nazirliyin Böhran Masası koordinasiyasında, İtaliya Hərbi Hava Qüvvələrinə məxsus nəqliyyat təyyarələri ilə həyata keçirilən təxliyə uçuşlarında İsraildəki ilk İtaliya vətəndaşları qrupu Romadakı Practica di Mare aviabazasına gətirilib.
İtaliya mətbuatına məlumat verən Xarici İşlər Nazirliyi mənbələri İsraildən təxliyyə ediləcək vətəndaşlar üçün daha 2 uçuşun ediləcəyini və bu təyyarələrin günortadan sonra çatacağını bildirib.
Tajani İsraildə 18 min italyanın yaşadığını deyib. Bildirib ki, vətəninə qayıtmaq istəyən 1000-ə yaxın italyan var. Bu gün qayıdan 400 nəfər istisna olmaqla, yaxın günlərdə daha 500 italyan xüsusi və hərbi uçuşlarla İtaliyaya qayıdacağı gözlənilir.
Xarici işlər naziri İsraildə itkin düşən İtaliya və İsrail vətəndaşları olan cütlükdən xəbər almadıqlarını və bu şəxslərin girov götürülməsi ehtimalının olduğunu bildirib.