"Günay Sığorta"ya yeni sədr təyin edilib


“Günay Sığorta” ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.


AFN.az şirkətə istinadən xəbər verir ki, bu, Omarxan İsayevdir.

O, sədr vəzifəsində Pərviz Rzayevi əvəz edib.

Xatırladaq ki, "Günay Sığorta" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 11,1 milyon manatdır. Şirkətin səhmlərinin 49,9 %-i Yeganə Şirinovaya, 28,48 %-i Mahmud Məmmədova, 21,62 %-i isə ləğv prosesində olan "Günay Bank" ASC-yə məxsusdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu