Tacikistan yaxın gələcəkdə Aİİ-yə üzv olmağı planlaşdırmır


Tacikistan hazırda Avrasiya İqtisadi İttifaqına (Aİİ) mümkün qoşulması məsələsini nəzərdən keçirmir.


AFN.az "AVESTA"ya istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin rəhbəri Şoxin Səmədi bildirib.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Tacikistanın tezliklə Aİİ-yə daxil olmasının faydalarını müəyyən edəcəyinə ümid etdiyini bildirib. Səmədi öz növbəsində Lavrovun fikirlərini şərh edərkən ölkənin belə bir fikrinin olmadığını deyib.

"Tərəflər nə respublika prezidenti Emoməli Rəhmonla görüşdə, nə də ölkənin xarici işlər naziri Sirociddin Muxriddin ilə danışıqlarda Tacikistanın Aİİ-yə inteqrasiyasını müzakirə etməyiblər" - deyə XİN nümayəndəsi bildirib.
"Tacikistanın Aİİ-yə qoşulması məsələsi gündəmdə deyil. Düşənbədə keçirilən görüşlərdə eksklüziv olaraq ticarət-iqtisadi, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi, regional təhlükəsizlik, eləcə də iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətinə xüsusi diqqət yetirilib", - Şoxin Səmədi TASS-a açıqlamasında qeyd edib. Tacikistanın Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstanın daxil olduğu Aİİ-yə qoşulması məsələsi 2015-ci ildən müzakirə olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu