Doğma çay “Azerçay”ın dəstəklədiyi “Azərsun” komandası mini futbol turnirinin qalibi oldu


Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən şirkətlərarası mini futbol turnirinin final oyunu keçirilib. “Sportster” Yasamal Arenada keçirilən görüşdə “Azerçay”ın dəstəklədiyi “Azersun” komandası “Rahat” futbol klubu ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən oyunda “Azərsun” komandası rəqibini 2:1 hesabıyla məğlub edərək turnirin qalibi olub.


Çempionat ərzində uğurla mübarizə aparan və bütün rəqiblərinə qalib gələn “Azərsun” komandası bununla da ölkəmizi Avropada təmsil etmək hüququ qazanıb.

Liqada hər qrupda 6 komanda olmaqla, ümumilikdə 24 komanda iştirak edib. “Azərsun” komandası turnir ərzində heç bir məğlubiyyət yaşamadan ən çox qələbə qazanan komanda kimi yarışı uğurla başa vurub.

Final oyunundan sonra mükafatlandırma mərasimi təşkil olunub.

Qeyd edək ki, “Azerçay” dünyanın 40 ölkəsində Azərbaycan çay mədəniyyətini təmsil etməklə yanaşı, Azərbaycanda çay adət ənənələrini qoruyub saxlamaq missiyasını daşıyır. Eyni zamanda ölkəmizin idman sahəsində inkişafında da hər zaman ləyihələrdə tərəfdaşlıq edir. Belə ki, beynəlxalq velosiped yarışını, “Prezident Kuboku-2023” beynəlxalq reqatasını və s. bu kimi İdman yarışlarını və ölkəmizin təmsilçilərini dəstəkləyib.














AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu