“Land of fire” komandası qar polosu yarışında 1-ci yeri qazandı


İsveçrənin Sankt-Moritz şəhərində Qar polosu üzrə 38-ci Dünya Kuboku üzrə yarış keçirilib.


“Azerçay” markasının dəstəyi ilə yarışda ölkəmizi Azərbaycan polo yığması növbəti dəfə kubok qazanıb. Final görüşündə 6-5 hesabı ilə “Azerçay” markasının dəstəklədiyi “Land of Fire” komandası İsveçrənin “Sankt-Mortiz” komandasını məğlub edərək birinci yerə çıxıb.
Qeyd edək ki, yarış meydanı yaxınlığında Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Atçılıq Federasiyasının dəstəyi ilə yarışların keçirildiyi ərazidə qurulan Azərbaycan pavilyonunda milli geyimlər, xalça və ipəkçilik sənəti, milli musiqi alətləri, müxtəlif sənətkarlıq nümunələri o cümlədən 150 illik tarixə malik kəlağayılar nümayiş etdirilib.
Bunlarla bərabər, 40-dan çox xarici ölkəyə ixrac edilən və beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edən “Azerçay” məhsulları pavilyonda böyük maraqla qarşılanıb. Tədbir iştirakçılarına və ziyarətçilərə təqdim olunan “Azerçay” onu dadanlar tərəfindən çox bəyənilib.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu