Avstraliyada azyaşlı qız 42 gündə 8 dəfə həbs edilib
Avstraliyanın 15 yaşlı sakini 42 gün ərzində səkkizinci dəfə həbs edilib.
O, avtomobil oğurluğunda ittiham olunur. Mayın əvvəlindən adı açıqlanmayan bu qız orta hesabla beş gündə bir dəfə həbs edilib.
O, hazırda yetkinlik yaşına çatmayanlar üçün təcridxanadadır və məhkəməni gözləyir.
42 gün ərzində ittihamlar siyahısına üç təhlükəli avtomobil sürmə, altı sürücülük vəsiqəsi olmadan avtomobil idarə etmə və nəqliyyat vasitələrindən qanunsuz istifadə, iki polisdən qaçma, dörd girov şərtini pozma, evə basqın, altı fırıldaqçılıq daxildir.