Avstraliyada ictimai yerlərdə “nasist salamı” verən şəxsi həbs cəzası gözləyir


21 oktyabr 2023-cü il tarixində Avstraliyanın Viktoriya əyalətində ictimai yerlərdə “Nasist salamı” qadağan edildikdən sonra sözügedən salamı verməkdə günahlandırılan Yakob Hersantın həbs cəzası gözlədiyi bildirilib.



The Age-in xəbərinə görə, Avstraliyada "nasist salamı" verməkdə ittiham olunan 24 yaşlı Hersantın məhkəməsi keçirilib.

21 oktyabr 2023-cü ildə Viktoriya əyalətində qadağan olunduqdan sonra ictimai yerlərdə "Nasist salamı" verdiyi bildirilən Hersantın 1 ilə qədər həbs cəzası gözlədiyi qeyd edilib.

Dinləmədən sonra mətbuata açıqlama verən Hersant, "Hökumətin qolumu müəyyən bir şəkildə hərəkət etdirdiyim üçün məni həbs etməyə çalışmasının gülünc olduğunu düşünürəm, halbuki biz demokratiyada yaşamalıyıq" ifadələrini işlədib.

Bu qərarla Hersant Viktoriyada “nasist salamı” verdiyi üçün həbs cəzası alan ilk şəxs olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu