UEFA "Barselona"nı irqçiliyə görə cərimələdi


UEFA Çempionlar Liqasında PSJ ilə 1/4 finalın ilk oyununda azarkeşlərinin irqçi şüarlar səsləndirməsinə görə "Barselona"nı cərimələyib.



UEFA Çempionlar Liqasının 1/4 finalında "Paris Saint Germain" klubu "Barselona"nı məğlub edərək yarımfinala yüksəlib.

"Barselona"nın 3:2 hesablı qələbəsi ilə başa çatan 1/4 finalın ilk oyununda Kataloniya komandasının azarkeşlərinin irqçi hərəkətlər etdiyi müəyyənləşib və araşdırma başlanıb.

"Paris Saint Germain"in "Park Des Princes" stadionunda oynanılan 1/4 finalın ilk oyununda azarkeşlərinin törətdiyi insidentlərə görə "Barselona" 25 min avro cərimələnib və növbəti Avropa matçında azarkeşlərinə bilet satmaq qadağan edilib.

Lakin qərara alınıb ki, bu cəza bir il təxirə salınmaqla həyata keçirilsin.

"Barselona"nın iki azarkeşi nasist salamı ilə yanaşı meymun səsi çıxardıqları üçün saxlanılıb. Fanatların sorğulandıqdan sonra sərbəst buraxıldığı öyrənilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu