Türkiyə Çində üçüncü diplomatik nümayəndəliyini açıb
Türkiyə Çinin cənub-qərbindəki Siçuan əyalətinin Çenqdu şəhərində rəsmi konsulluq açıb.
AFN.a xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, bu, Türkiyənin Çindəki üçüncü diplomatik nümayəndəliyidi.
Konsulluğun açılışında çıxış edən Çin Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinin direktoru Vu Xi Konsulluğun Çin və Türkiyə arasında dostluq mübadiləsi və qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni körpü olacağına əminliyini ifadə edib.
Qeyd edək ki, Türkiyənin Pekində səfirliyi və Şanxayda konsulluğu var.