Ukraynalı boksçu ruslarla döyüşmək istədiyini bildirib


Ukraynalı boksçu Oleksandr Qvozdyk "VIKTOR YALYMOV'S BOXING STUDIO" YouTube kanalına müsahibəsində rusiyalı Dmitri Bivol və Artur Beterbiyevlə döyüşmək istədiyini açıqlayıb.


“Hər ikisi ilə həqiqətən döyüşmək istərdim. Ona görə də ilk kiminlə döyüşmək imkanım olsa, onunla boks edəcəm”, - deyə idmançı bildirib. O, hər iki döyüşə ümid etdiyini vurğulayıb.

Yanvarın 29-da Beterbiev britaniyalı Entoni Yardeni səkkizinci raundda texniki nokautla məğlub edib. O, yüngül ağır çəki dərəcəsində üç dünya titulunu qoruyub. Ümumilikdə, o, öz karyerasında 19 qələbə qazanıb və heç bir məğlubiyyət yaşamayıb.

Noyabrın 6-na keçən gecə Bivol Əbu-Dabidə keçirilən boks axşamında yekdil qərarla meksikalı Gilberto Ramiresi məğlub edərək Dünya Boks Assosiasiyasının (WBA) dünya çempionu titulunu qoruyub. Ümumilikdə onun 21 qələbəsi var, məğlubiyyəti yoxdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu