Aspinall boks doyüşü keçirmək istədiyini açıqlayıb


Ultimate Döyüş Çempionatının (UFC) müvəqqəti çempionu Tom Aspinall boks görüşü keçirmək istədiyini açıqlayıb.



O, bu barədə “Fight Disciples” YouTube kanalına müsahibəsində danışıb.

"Gəl bunu edək. Mən özümü əla hiss edirəm. UFC-dən icazə ala bilsəm, mütləq belə bir döyüş keçirəcəyəm”, - deyə idmançı vurğulayıb. O qeyd edib ki, hazırda yaxşı formadadır, ona görə də istənilən döyüşə hazırdır.

Noyabrın 12-də Aspinall UFC 295-də rusiyalı Sergey Pavloviçə qalib gəlib. Britaniyalı ilk raundun ikinci dəqiqəsində rəqibini nokaut edib və təşkilatın ağır çəkidə müvəqqəti çempion kəmərini qazanıb.

30 yaşlı Aspinall üç məğlubiyyətlə peşəkar MMA-da 14-cü dəfə qalib olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu