Ekspertdən satınalmalarla bağlı eksperiment: Qalibi əvvəlcədən müəyyən edə bildim...


Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əvvəlki işlərindən əsər-əlamət qalmayıb. Xeyli zəifləyiblər və mövcud durumla barışmış kimi görsənirlər.


AFN.az xəbər verir ki, bu haqda Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib. Qeyd edib ki, Prezident tərəfindən məhz bu sektorda qayda-qanun yaradılması ilə bağlı xüsusi tapşırıqlar verilsə də, ortada ciddi nəticə yoxdur: "Tenderlərə, onların nəticələrinə nəzər salıram. Dövlət qurumları milyonlar xərcləyir texnologiyalara. Bu layihələrin səmərəlilik və effektivliyi bir başqa müzakirə mövzusudur. Amma tender qaliblərinin kim olduğu və ya olacağı artıq mübahisə doğurmur".
O.Gündüz qeyd edib ki, texnologiyalar sahəsində başa çatmış tenderlər elanı üzrə qalibin kim ola biləcəyini öncədən müəyyən etmək istiqamətində eksperiment aparıb. O, nümunə olaraq Dövlət Vergi Xidmətinin texnologiyalarla bağlı başa çatmış böyük bir tender elanını diqqətdə saxlayıb. Nəticələrə baxmadan, öz təcrübəsinə və topladığı dataya əsasən qalibin yalnız iki şirkətdən biri ola biləcəyini proqnozlaşdırıb: "Nəticələrə baxdım, yanılmamışdım.
Sektorda təxminən bu cür oxşar situasiya formalaşıb.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti elə düşünə bilər ki, biz bunu müəyyən etmək üçün hansısa süni intellekt həllindən istifadə edirik. Əsla! Sadəcə tendensiyanı izləmək, dataya sahib olmaq, müşahidə və təcrübə. Təəssüf ki, sektorda reallıq təxminən bu formadadır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu