Sudanda atəşkəsin başa çatması ilə toqquşmalar şiddətlənir


Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında aprelin 15-dən bəri davam edən qarşıdurmalar iyunun 18-də başlayan 3 günlük atəşkəsin sona çatması ilə daha da şiddətlənib.


Şahidlərin sözlərinə görə, paytaxt Xartumun qərbində yerləşən Umdurman şəhərində ağır və yüngül silahlardan istifadə edilməklə ağır toqquşmalar baş verib. Paytaxtın şimalındakı Bəhri şəhərindən atışmaların gəldiyi bir vaxtda yanğın və tüstünün yüksəldiyi müşahidə edilib. Döyüş təyyarələri Bəhri və Umdurmanda yerləşən HDK qüvvələrini hədəf alaraq atəş açıblar.

Sudan ordusunun bəyanatında deyilir ki, Mühəndislər Ordusunun Xüsusi Əməliyyat Qüvvələri (HDK nəzərdə tutulur) üsyançı qüvvələrin dərinliklərində əməliyyatlar aparır. Açıqlamada çoxlu sayda döyüş maşınının tam təchizatla ələ keçirildiyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu