Cənubi Koreya və Vyetnam hərbi əməkdaşlığı artırmaq niyyətindədir
Cənubi Koreya və Vyetnam Şimali Koreyanın nüvə təhlükəsini əsas gətirərək təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.
Ölkələr ikitərəfli ticarətdə bu il müşahidə olunan yavaşlamaya və Vyetnamın iri şirkətlər üçün nəzərdə tutulan vergi artımlarına baxmayaraq, ikitərəfli ticarəti və investisiyaları artırmağa söz veriblər. AFN.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Prezident kimi Vyetnama ilk səfəri zamanı Cənubi Koreya lideri Yoon Suk-yeol Seulun inkişaf strategiyasında Vyetnamın əsas rolunu bir daha təsdiqləyib. O, Vyetnam prezidenti Vo Van Thuong ilə kritik minerallardan tutmuş Koreyadakı vyetnamlı işçilərə qədər müxtəlif mövzularda 17 müqavilə imzalayıb və Seulun Şimali Koreyanın nüvə təhlükəsinə qarşı Vyetnamla əməkdaşlığı intensivləşdirəcəyini bildirib.
Vyetnam Pxenyanla yaxın münasibətləri ilə öyünə bilən azsaylı ölkələrdən biridir.
İki ölkə, həmçinin Cənubi Çin dənizində müdafiə sənayesi və təhlükəsizlik sahəsində əməkdaşlıq sahəsində əlaqələrin inkişaf etdirilməsi barədə də razılığa gəliblər. Cənubi Koreya arsenalını modernləşdirmək istəyən Vyetnama silah satışını müzakirə edən bir çox ölkələrdən biridir.
Koreya və Vyetnam son bir neçə onillikdə demək olar ki, simbiotik sənaye əlaqələri inkişaf etdirib, Cənubi Koreya Vyetnamda ən böyük xarici investordur. Seul həmçinin Rusiya, Çin və Hindistanla yanaşı, Hanoyla da diplomatik əlaqələri ən yüksək səviyyədə saxlayır.
Liderlər Koreya firmalarının Vyetnamda yığdığı və bir çox komponentlərin Koreyadan gəldiyi smartfonlara və digər elektron məhsullara qlobal tələbatın azalması səbəbindən bu il zəifləməsinə baxmayaraq, məqsədlərinin ikitərəfli ticarəti inkişaf etdirmək olduğunu bir daha təsdiqlədilər.