Neftçalanın icra başçısı döyülüb? - AÇIQLAMA


Sosial şəbəkələrdə Neftçala rayon icra başçısı Mirhəsən Seyidovun vətəndaşlar tərəfindən döyülməsi barədə məlumatlar yayılıb.

İnsidentin rayonun Bankə qəsəbəsində vətəndaşlarla səyyar görüş zamanı baş verdiyi iddia edilir.

AFN.az-ın məlumatına görə, Qafqazinfo məsələ ilə bağlı Nefçala Rayon İcra Hakimiyyətinə sorğu ünvanlayıb. İH-dən bildirilib ki, məlumat heç bir həqiqəti əks etdirmir.

"Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun vətəndaşlar tərəfindən döyülməsi barədə iddialar həqiqəti əks etdirmir".

Bunu isə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu