Neftçalanın icra başçısı maşınla adam vurub hadisə yerindən qaçıb - İDDİA


Neftçala rayon İcra Hakimiyyətinin baçşısı Mirhəsən Seyidov dünən axşam saatlarında Aşağı Surra və Kürqarabucaq kəndləri arasında idarə etdiyi "Toyota Camry" markalı maşınla yol kənarı ilə gedən kənd sakinini vurub.


AFN xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə yayılıb. Bildirilir ki, 90 LE 008 dövlət nömrə-nişanlı, "Toyota Camry" markalı avtomobil Həsənov Vahid Nüsrət oğlunu vuraraq hadisə yerindən qaçıb. Polis əməkdaşlarının onun (M.Seyidovun-red.) evinə qədər gedərək avtomobili tapıb, müvafiq sənədləşdirmə isləri aparılması ilə bağlı məlumat yayılsa da, Neftçala İcra Hakimiyyəti xəbəri təkzib edib. Bununla belə, hadisə ilə bağlı yeni faktlar üzə çıxıb. Qeyd edilir ki, həmin avtomobilin sahibi Cəfərov Elçin Tofiq oğlu Bakı şəhəri, Nərimanov rayon sakinidir. Rayonun T.Əliyev küçəsi ev 54 mənzil 16. ünvanında qeydiyyatdadır. O da bildirilir ki, başçının sürücülük vəsiqəsi var, amma maşını idarə etmək üçün etibarnaməsi olmayıb.
Məlumata görə, hadisə 23 oktyabr səhər saat 6.35-36 radələrində olub. "Hadisədən 2 gün əvvəl 21 oktyabrda bu maşın polisin "dur" işarəsinə əhəmiyyət verməyib. Polis bu maşını qovub və sürücü saxlamayıb. Xəstəxananın qarşısında sakinlər qaçdı-qovdunu izləyiblər. Sükan arxasında başçı olub.
Polis hadisə yerini təhqiq edib. Neftçala polis şöbəsində polis mayoru Əhədov Ələkbər təhqiqat aparır. Vurulan şəxsin oğlu 102-yə zəng edib. Maşının sol işığının altında zədə aşkarlanıb. Hadisəni DSK sədri Zaur Kərimovun oğlu Bəxtiyarın adına sənədləşdirməyə cəhd ediblər. Bəxtiyar hərbi qulluqdan təzə gəlib. Maşın hazırda başçının qarajındadır" - deyə yayılmış məlumatda bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu