Bu tülkü balasını ziyarətçilər yemləyir - VİDEO


Türkiyənin Uludağ bölgəsində yol kənarına dadanan tülkü balası turistlərin marağına səbəb olub.


Onu görən ziyarətçilər yem verir və şəklini çəkirlər.

Uludağda otellərin sıx olduğu ərazidə insanlara alışan balaca tülkü balalarından biri zaman-zaman yoldan keçən maşınlara yaxınlaşır.

İnsanlardan qaçmayan, yaxınlaşan balaca onların verdiyi yeməklə qidalanır.

Ziyarətçilər diqqət mərkəzinə düşən tülkü ilə uzaqdan şəkil çəkdirirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu