Rusiyada hərbi qiyam qaldıran Priqojin hamını ona qoşulmağa çağırdı


82 23.06.2023 23:40 Dünya A A
"Vaqner" özəl hərbi qrupunun rəhbəri Yevgeniy Priqojin Rusiya Müdafiə Nazirliyinin qüvvələrinə qarşı döyüşə başlamaqlarını uzun çıxışında əsaslandırmağa çalışıb.

Musavat.com Priqojinin mətbuat xidmətinə istinadən xəbər verir ki, "Vaqner" qrupu "təslim olmağa, silahı yerə qoymağa" qərar veribmiş: "Lakin bu həşəratlar, yaramazlar bizim arxa qruplarımızın dincəldiyi düşərgəyə zərbələr endirdilər. Yüzlərlə döyüşçümüz həlak oldu. Biz onların, on minlərlə əsgərin qisasını alacağıq".

Priqojinin bu açıqlaması göstərir ki, Rusiya MN "Vaqner"i təslim olmağa məcbur etmək istəyirmiş və bu, yalnız Şoyqunun deyil, bilavasitə Putinin qərarıdır.

Priqojin hələlik Putinin adını çəkməyib. Amma bildirib ki, "Prezident hakimiyyəti, hökumət, DİN, Rosqvardiya və digər strukturlar adi qaydada işini davam etdirəcək". Bu, o deməkdir ki, Priqojin bütün Rusiya boyu MN qüvvələrinə qarşı döyüşmək niyyətindədir: "Biz Rusiya əsgərlərini məhv edənlərlə haqq-hesab çəkib, sonra yenidən cəbhəyə qayıdacağıq. Bununla da orduda, bütün Rusiyada ədalət bərpa olunacaq".

Priqojin əlavə edib ki, onun ilk açıqlamasından sonra Sergey Şoyqu Rostovdan Moskvaya qaçıb ki, ələ keçməsin.

"Bu həşərat dayandırılacaq" deyən "Vaqner" rəhbəri hamını onlara qoşulmağa çağırıb:

"Biz 25 min nəfərik. Biz gedirik aydınlaşdıraq ki, ölkədə niyə özbaşınalıq hökm sürür. 25 min nəfər ehtiyat qüvvələr gözləyir - bu, bütün ölkə deməkdir. Kim istəyir, gəlib qoşula bilər. Bu biabırçılığa son qoymaq lazımdır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu